Taksilər bahalaşacaq? - AÇIQLAMA

Maliyyə Nazirliyinin açıqladığı "2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı"nda bildirilib ki, sərnişin və yük daşınması sahəsi üzrə vergilər dəyişəcək.
Belə ki, gələn il həyata keçiriləcək vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi tədbirləri çərçivəsində sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejiminin tənzimlənməsi nəzərdə tutulur.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksi xidmətində gedişhaqlarının bahalaşması gündəmdə deyil. "Bu gün yükdaşımalarda xaos var. Qanunvericilikdə də bununla bağlı boşluqlar var idi. Lakin "Avtomobil nəqliyyatı haqqında qanun"la bunu tənzimlədilər. Taksilərdə isə standart vergi ödənişi tətbiq olunur.
Ancaq taksi operatorlarının vergiyə cəlb edilməsində boşluqlar var idi. Vergi tənzimlənmələri də onlarla bağlı olacaq. Çünki bu günə qədər bəzi taksi şirkətləri, xüsusən taksi operatorları əlavə dəyər vergisini sərnişinlərin ödədiyi məbləğlərdən çıxırdılar. Bununla bağlı sərnişinlərin dəfələrlə şikayəti olub. Bu məsələlərin tənzimlənməsinə ehtiyac var.
Bundan başqa, ölkədə qanunsuz sərnişindaşıma və yükdaşıma ilə məşğul olanlar var. Onlara qarşı nəzarət gücləndiriləcək və vergiyə cəlb ediləcəklər. Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi müvafiq qurumlara müraciət ünvanlayıb".
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, hazırda qüvvədə olan qanuna əsasən, yük daşımaları və taksi fəaliyyəti üzrə vergi sabitdir:
"Yeni layihədə isə vergi müəyyən meyarlara əsasən dəyişəcək".
Onun fikrincə, yeni qayda qüvvəyə minəndən sonra yük daşımalarında və xüsusilə taksi xidmətində ödənilən vergilər artacaq.
Ekspertlər bildirirlər ki, vergi yükünün artması nəticəsində yükdaşıma və taksi qiymətlərinin də artacağı istisna edilmir.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












