Taksilərə alternativ ÇÖZÜM - “Karşerinq” xidməti Bakıya GƏLİR?

Paytaxtın taksi parkının yenilənməsi ilə bağlı hökumətin qərarından sonra iş adamları hərəkətə keçib. Artıq taksi xidməti sahəsində innovativ variantlar irəli sürülür. Nəzərə alaq ki, inkişaf etmiş ölkələrdə taksi xidməti sahəsində müxtəlif layihələr həyata keçirilir.
Onlardan biri də “karşerinq” xidmətidir.
Bu günlərdə sosial şəbəkələrdə “karşerinq” xidməti üçün Bakıya xeyli sayda avtomobilin gətirilməsi barədə məlumat da yayılıb.
Qeyd edək ki, “karşerinq” tam yeni və fərqli xidmət növüdür. Xidmətin də mahiyyəti ondan ibarətdir ki, bir və yaxud bir neçə şirkət, ya da fiziki şəxs xeyli sayda avtomobil gətirib, paytaxtın müxtəlif ünvanlarındakı taksi dayanacaqlarında yerləşdirir. Həmin ərazidə yaşayan və yaxud işləyən vətəndaş da yaxınlıqdakı taksi dayanacağına gedib avtomobili sifariş edir.
Amma bu prosesdə taksi sürücüsü olmur. “Karşerinq” xidməti ilə vətəndaş avtomobili kirayə olaraq götürür, A nöqtəsindən B nöqtəsinə gedir. Yəni avtomobili sifarişçi özü idarə edir. Ödənişsə nağdsız və hər dəqiqəyə görə həyata keçirilir.
Bu xidmət bir sıra Avropa şəhərlərində və hətta Moskvada var. Yəni meqapolislərdə bu xidmət tətbiq edilir və çox yaxşı da effekt verir. Lakin bu layihənin tətbiqi üçün müəyyən qaydalar var ki, onun da üzərində müvafiq orqanlar işləməlidir.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən Bizim.media-ya bildirilib ki, bu, yeni xidmət növüdür:
“Hazırda AYNA tərəfindən kompleks araşdırma aparılır”.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












