Təcili yardımın həkim və sürücüsünü bıçaqladılar - FOTOLAR

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Goranboy rayonunun Səfikürd kənd sakini, 1982-ci il təvəllüdlü Çıraqov Ramin Şəmsəddin oğlu 2 nəfəri bıçaqlayıb. Məlumata əsasən, ailə üzvləri R. Çıraqova təcili yardım çağırıblar. Buna etiraz olaraq R. Çıraqov həkim 1954-cü il təvəllüdlü Cabbarova Əminə Əli qızı və sürücü, 1954-cü il təvəllüdlü Məmmədov Novruz Əli oğluna bıçaq xəsarətləri yetirib. Yaralananlar Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Goranboy rayon polis şöbəsindən verilən məlumata görə, Ramin Çıraqov psixi xəstəlikdən əziyyət çəkir.
***
Xəstə tərəfindən tibb bacısına 17, təcili tibbi yardım maşınının sürücüsünə 2 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan tibb bacısını da xəstəxanaya xəsarət alan sürücü çatdırmalı oldu. Səhər saatlarında Goranboyun Səfikürd kəndinə xəstə yaxınlarının çağırışına gedən tibbi yardım briqadası gözləmədikləri vəziyyətlə üzü üzə qalıb. Səfikürd kənd sakini Ramin Çıraqov yardıma gələnləri bıçaqla qarşılayıb. Əvvəlcə təcili tibbi yardım maşınının sürücüsü Novruz Məmmədovun üz və boyun nahiyəsinə bıçaq vuran Ramin daha sonra avtomobilin içərisində əyləşən tibb bacısına hücum edib. Avtomobilin içərisində tibb bacısı Əminə Cabbariyə 17 bıçaq zərbəsi vurub.
Yaralı Novruz Məmmədov: “Əlindən çıxıb qaça bildim. Sonra tibb bacısını lap pis vəziyyətə qoydu. Tibb bacısı maşındaydı, maşından düşməyə heç imkan vermədi. Mən də qan axa-axa başıma məhrabanı, bir əlimlə də rulu tutub gəldim xəstəxananın qabağına. Bura çatanda huşumu itirdim”.
Goranboy rayon xəstəxanasından 61 yaşlı Əminə Cabbarinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən Ramin Çıraqov artıq polis tərəfindən saxlanılıb. Rayon polis şöbəsindən 34 yaşlı Ramin Çıraqovun kənd məktəbində informatika müəllimi olduğunu və 2 il öncə ruhi əsəb sarıntısı keçirdiyini dedilər.
Müstəntiq Zülfüqar Süleymanovun sözlərinə görə, gecə saatlarında həmin xəstədə yenidən problemlər yaranıb: "Bu səbəbdən də yaşadığı evdə ailə üzvüləri ilə ailə məişət münaqişəsi zəminində mübahisə olmuş. Həmin mübahisədən sonra valideynləri Goranboy rayon təcili tibbi yardım şöbəsinə müraciət etmiş və nəticədə hadisə baş verib”.
Goranboy rayon polis şöbəsindən onu da bildirdilər ki, Ramin Çıraqov artıq Gəncə şəhər ruhi əsəb dispanserinə göndərilib. Hazırda faktla bağlı araşdırma aparıır.
Fotolar: ans press
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA















