Təhlükəli çaylarla bağlı AQTA araşdırmalara BAŞLADI

Məşhur çay markaları olan “Tess”, “Greenfield” və “Zolotaya Çaşa”nın təhlükəsizliyi ilə bağlı ciddi şübhələr yaranıb. Rusiya Federasiyasının nəzarət orqanları bu çaylarda sağlamlıq üçün zərərli sayılan pestisidlərin normadan artıq olduğunu aşkar edib. Nəticədə, 111 tonadək çay məhsulu ölkə üzrə satışdan yığışdırılıb. Həmin brendlərin müxtəlif çeşidləri Azərbaycanda da geniş şəkildə satışdadır. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmalara başlayıb. “Bəzi media səhifələrində Rusiya Federasiyasında istehsal olunan bir çox çaylarda təhlükəli kimyəvi maddələrin tapılması barədə məlumatlar yayılıb. Onlardan ölkəmizə idxal olunan çaylardan - "Greenfield" və "Tess" çay çeşidlərindən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən riskəsaslı yanaşma tətbiq edilməklə nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam edir”, - AQTA-dan bildirilib.
İlham Əliyev: "Ağdərə rayonunda işə başlanılıb" - VİDEO
Rusiyanın Ukrayna qatarlarını vurması nəyə hesablanıb? - AÇIQLAMA
Bakının səkilərini zəbt edən obyektlər; dövlət proqramı var, icra yox - VİDEO
İrandan Azərbaycana uçuşlarla bağlı RƏSMİ QƏRAR - DAYANDIRILIR
Sürücülərin NƏZƏRİNƏ! - Bu küçələrdə tıxac var - FOTO - YENİLƏNİB
Tıxacda saatlarla qalan sürücülərə pis xəbər – XƏBƏRDARLIQ!
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ












