Tərtərdə minaya düşən gəncin vəziyyəti açıqlandı

Tərtər rayonunda minaya düşən Qaradağlı kənd sakini, 23 yaşlı Həsənəli Şahin oğlu Əlizadənin vəziyyəti açıqlanıb.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, iki gün əvvəl minaya düşmə səbəbi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 2001-ci il təvəllüdlü (kişi cinsli) şəxsin müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə Həsənəli Əlizadə heyvan otararkən baş verib. Onun sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb.
Qeyd edək ki, H. Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasını bitirib. 90 baldan yuxarı fərqlənmə diplomu ilə məzun olan gənc Polşanın Varşava Dövlət Universitetinə təqaüdlə qəbul olunsa da, təhsilini davam etdirməyib.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












