“Teymur Əhmədov” quru yük gəmisi istismara qaytarılıb

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Teymur Əhmədov” quru yük gəmisi əsaslı təmir olunub.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir müddətində gəminin baş və köməkçi mühərrikləri, mexanizmləri, maşın şöbəsindəki nasoslar, hava kompressorları, soyuducular və seperatorlar sazlanıb.
Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb. Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib. “Teymur Əhmədov” quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqlar, sanitar-məişət yerləri də əsaslı təmir edilib. Gəmidə yerləşən bütün rabitə və elektroradionaviqasiya avadanlıqları təmir olunub, nasaz vəziyyətdə olan ehtiyat hissələr yenisi ilə əvəzlənib. Burada müasir tip yeni “Inmarsat-C” peyk rabitə terminalı, orta və qısa dalğalı radiostansiya, stasionar ultraqısa dalğalı radiostansiyalar, elektron xəritə (ECDİS), radiolokasiya stansiyası, maqnit kompas, komanda yayım qurğusu quraşdırılıb.
İşlər başa çatdıqdan sonra gəmi dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra üzən vasitə yenidən istismara qaytarılıb. “Teymur Əhmədov” gəmisinin uzunluğu 118,7, eni 13,4 metr, yükgötürmə qabiliyyəti isə 3100 tondur.
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO
İş başında təzyiqə və zorakılığa məruz qalan jurnalistin hüquqları necə qorunmalıdır? - RƏY
Məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib - VİDEO
Orta Dəhlizdə yeni mərhələ: Azərbaycan üçün hansı imkanlar yaranır? – EKSPERT












