"Toyota" katalizator oğrularına çarə tapdı

Azərbaycanda avtomobillərin katalizatorunun çıxarılması təəssüf ki normaya çevrilib. Taksidə istifdaə eidlən ucuz maşınlarda isə bu detal demək olar ki yoxdur.
Avtosfer.az xəbər verir ki, dünyanın əksər ölkələrində katalizator oğurluğu adi hala çevrilib. Bu detalın tərkibindəki nadir metal rodiumun 1 qramının qiyməti 700 manaı keçir. Artıq ABŞ, Britaniya və Fransa kimi ölkələrdə katalizator oğrularının şəbəkəsi yaranıb. Çarəni isə Toyota şirkəti tapıb.
Şirkət Prius modelləri üçün katalizator qoruyucu hazırlayıb. Alüminium vıə və polad ərintisindən hazırlanan detal hazırda istismarda olan bütün Prius modellərinə montaj edilə bilir. Detalın qiyməti ABŞ-da140 dollardır, montaj haqqı ölkəyə görə dəyişir.
Priusun katalizatorunun qiymətinə gəlincə, Avropada bu detal təxminən 2500 avrodur. Onun çıxarılması isə qanunla qadağandır. Bu səbəbdən müştəri sayının kifayət qədər olacağı məlumdur.
Yeri gəlmişkən, yanvar ayından Avropada Prius 5 modelinin satışı başlayacaq. Qitədə yalnız doldurulabilən hibrid versiyası təqdim olunacaq.
Vüqar
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












