Tramvay və metrobuslardan istifadə tıxac problemini həll edəcəkmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında tramvay və metrobus ictimai nəqliyyat növlərinin yaradılması öz əksini tapıb.
Bunun nəticəsi olaraq tramvay - elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturunun genişlənməsi imkanı yarana bilər.
Paytaxtda yolların elə də geniş olmadığını nəzərə alsaq, yeniliklərdən sonra şəhərdə sıxlıq yarana bilərmi?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, layihənin dərhal icrası bizə zərər verə bilər: “Tramvay şəbəkəsinin yaradılması sözsüz ki, bütün küçələri əhatə etməyəcək. Bu layihə üçün uyğun olan yerlərdə tramvay bərpa olunacaq. Təbii ki, 90-cı illərə qayıda bilməyəcəyik, həmin yol və sistem üzərindən bu bərpa mümkün deyil. Son zamanlar Bakıda xaotik tikinti bumu aparılır. Bir çox ərazilərdə yol şəbəkəsi təmamilə fərqli bir formaya salınıb ki, burada artıq tramvay xəttinin yaradılması xeyirdən çox ziyan verə bilər. Bu baxımdan, hesab edirəm ki, sözügedən infastruktur qurularkən bu məsələlər nəzərə alınacaq. İstənilən halda, bir iş görəndə əvvəlcədən ölçüb-biçmək lazımdır. Plan var deyə, dərhal icra olunmamalıdır. Layihənin icrası xaotik şəkildə aparılarsa, biz bundan zərər görə bilərik”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












