"Tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir"

"Bu kimi marşrutların açılması, sayının artırılması və Azərbaycan üzərindən tranzit yükdaşımaların həyata keçirilməsi ölkənin valyuta gəlirlərinin artması deməkdir". Avtosfer.az-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov bildirib. O qeyd edib ki, bu istiqamət üzrə ay ərzində ən az 8 qatarın yük daşıması mümkün olacaq: "Bu gün Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin dəmiryolu marşrutunun təşkili layihəsi çərçivəsində dörd ölkə arasında protokol imzalandı. Bu sənədin imzalanması ölkələr arasında yeni marşrutun açılması deməkdir. Müzakirələr zamanı ölkələr arasında bərabərhüquqlu aşağı tarif siyasəti müəyyənləşdirdik. Bu sənədlər sözügedən marşrut üzrə yükdaşımaların həyata keçirilməsinə daha rahat və əlverişli şərait yaradacaq. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə yükdaşımalar üçün tarif artıq müəyyənləşdirilib. Sadəcə olaraq Ukrayna tərəfi fevral ayının ortalarınadək İliçevsk yaxud Odessadan Gürcüstanın Batumi və Poti limanlarına qədər olan məsafəni müəyyən etdikdən sonra sonuncu qiymət müəyyənləşdiriləcək və ictimaiyyətə açıqlanacaq. Məqsəd qiymətlərin rəqabətə davamlı olmasını təmin etməkdir".
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI












