Türkiyə Silahlı Qüvvələrinin yeni gücü – "Çakır" hədəfi tam dəqiqliklə vurub

Türkiyədə Bayraktar Akıncı Hücum Pilotsuz Uçuş Aparatı milli istehsalı olan “Çakır” naviqasiya pilotsuz uçan raketi ilə həyata keçirdiyi sınaq atəşində dənizdəki hədəfi 100 kilometr uzaqdan dəqiqliklə vurub.
APA CNN Türk-ə istinadən xəbər verir ki, quru, dəniz və hava platformalarından buraxıla bilən “Çakır” ən müasir xüsusiyyətləri və təsirli döyüş başlığı ilə Türkiyə Silahlı Qüvvələri üçün yeni güc mövqeyidir.
“Çakır” stasionar və fırlanan qanadlı təyyarələrdən, hücum pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz uçuş aparatlarından, silahlı pilotsuz dəniz nəqliyyat vasitələrindən, taktiki təkərli quru maşınlarından və yerüstü platformalardan buraxıla bilər.
150 kilometrdən çox diapazona malik “Çakır”ın hədəfləri arasında; Sahilə yaxın yerüstü hədəflər, quru və yerüstü hədəflər, strateji quru hədəfləri, ərazi hədəfləri və mağaralar var. Yerli və milli KTJ-1750 turbo-reaktiv mühərrikə sahib olan “Çakır” dizaynının gətirdiyi çeviklik sayəsində missiyanın planlaşdırılması zamanı müəyyən edilmiş üçölçülü dönüş nöqtələri ilə bağlı tapşırıqları asanlıqla yerinə yetirə bilər.
Qeyd edək ki, “Çakır” hava hücumundan müdafiə sistemləri ilə çətin aşkarlanmaq qabiliyyəti ilə də diqqət çəkir.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












