Üç müşaviri, 5 prorektoru var - Nazir kimi rektor

Azərbaycanda ən çox müavini və müşaviri olan rektorlardan biri də Kamal Abdulladır. 2017-ci ildən bəri Azərbaycan Dillər Universitetinə rəhbərlik edə 76 yaşlı akademik bu göstəriciyə görə hətta bəzi nazirləri də geridə qoyur.
Avtosfer.az xəbər verir ki, Kamal Abdullanın rəhbərliyi altinda ADU-da 5 prorektor və 3 müşavir fəaliyyət göstərir. "Birinci prorektor" statusunda Şəfəq Şahməmmədovadır. O, tədris məsələləri üzrə prorektor vəzifəsində çalışır.
Elmi işlər üzrə prorektor Həmidə Əliyevadır. Həmidə xanım filologiya elmləri doktoru, professordur.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor vəzifəsini dosent Tamam Cəfərova icra edir. Tamam xanım həm də Milli Məclisin deputatıdır.
Azərbaycan Dillər Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoru Jalə Qəribovadır. Jalə xanım 2004-cü ildən bu vəzifədə çalışır.
Azərbaycan Dillər Universitetində ümumi işlər üzrə prorektor postu da var. Bu postu 30 aprel 2019-cu ildən dosent Vüqar Mehrabov tutur.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın həmçinin 3 müşaviri var.
Maddi-texniki təminat və maliyyə məsələləri üzrə müşavir Nüşabə Tanrıverdiyevadır.
ADU-nun rəsmi veb saytında yazılana görə, bu təhsil ocağında rektorunun inzibati idarəetmə məsələləri üzrə iki müşaviri var. Onlar Coşqun Dadaşov və Anar Osmanlıdır.
Müqayisə üçün bildirək ki, Müdafiə sənayesi naziri Vüqar Mustafayevin 2, Mədəniyyət naziri Anar Kərimlinin 3, Energetika naziri Pərviz Şahbazovun 4 müavini var (Metbuat.az).
Fotoda: Kamal Abdulla

2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – EKSPERT
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO












