ÜST-dən daha bir ölümcül xəstəliklə bağlı XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daha bir ölümcül virusla bağlı xəbərdarlıq edib.
Banqladeşdə 2 nəfər ölümcül yarasa virusu kimi tanınan Nipaha (NiV) yoluxub.
Virusa yoluxan hər iki şəxs - 38 yaşlı kişi və 3 yaşlı qız həlak olub.
ÜST yaydığı xəbərdarlıqda ölümcül yarasa virusuna yoluxma hallarının artdığını vurğulayıb.
Qeyd edək ki, Nipah virusu infeksiyasının ilkin əlamət və simptomları qeyri-spesifikdir. Adətən müraciət zamanı diaqnoz qoymaq mümkün olmur.
Ölümcül infeksiya, insanlara yoluxmuş heyvanlar (məsələn, yarasalar və ya donuzlar) və ya yoluxmuş heyvanların tüpürcəyi, sidiyi və nəcisi ilə çirklənmiş qida vasitəsilə ötürülən xəstəlikdir. Meyvə yarasaları və ya uçan tülkülər Nipah virusunun təbii sahibləridir. İnsanlar və heyvanlar üçün heç bir müalicə və ya peyvənd olmadığı üçün virus son dərəcə narahatlıq doğurur. Böyük Britaniyada NiV "yüksək nəticələrə malik yoluxucu xəstəlik" kimi təsnif edilir.
Qeyd edək ki, dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusun da yarasa mənşəli olduğu bildirilirdi. Bununla belə, COVID-19-un laboratoriya şəraitində yaradılması ilə bağlı da məlumatlar var. (ölkə.az)
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












