Vasif Talıbovun qardaşının yerinə təyinat oldu

Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi İlham Babayev tutduğu vəzifədən azad edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, digər əmrlə o, Şəmkir hərbi prokuroru vəzifəsinə təyin edilib. Şəmkir hərbi prokuroru, ədliyyə polkovniki Şöhrət Qəhrəmanov isə Gəncə hərbi prokuroru vəzifəsinə təyin edilib.
Bundan başqa, baş prokuror Kamran Əliyevin imzaladığı daha bir əmrlə Sənan Paşayev Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini vəzifəsindən azad edilərək Naxçıvan MR prokurorunun müavini təyin olunub.
Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya təsdiq ediblər.
Qeyd edək ki, dekabrın 28-də Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib. O, Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.
Fotoda Şöhrət Qəhrəmanov

Fotoda İlham Babayev

Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












