Vətən Müharibəsi iştirakçısı İcra Hakimiyyətinin qarşısında özünü yandırdı - YENİLƏNİB

Şəmkir rayon İcra Hakimiyyəti rayon sakininin icra hakimiyyəti binası qarşısında intihara cəhd etməsinə münasibət bildirib.
Avtosfer.az-ın APA-ya istinadla məlumatına görə, bildirilib ki, Şəmkirin Yeni Həyat kənd sakini, Vətən müharibəsi iştirakçısı, psixi pozuntulardan əziyyət çəkən və boyun nahiyəsində qəlpə olan, 26 yaşlı Həsənov İlham Yılmaz oğlu buna qədər Qazax, Şəmkir, Gəncə və Bakı şəhərlərində yerləşən xəstəxanalarda müalicə alıb. Hazırda isə 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicəsini davam etdirir. Qeyd olunub ki, vətəndaşın müraciəti aldığı müalicələrin heç bir nəticəsinin olmaması və əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır: “Vətəndaşın müraciətləri ilə əlaqədar aidiyyəti təşkilatlar tərəfindən lazımi dəstək göstərilsə də, İlham Həsənov müalicəsinin davamı üçün Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gedən valideynlərindən ayrılaraq Şəmkir İcra Hakimiyyətinin qarşısına gəlib və özünü yandırmağa cəhd edib”.
***
14:17
Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.
Avtosfer.az-ın APA-ya istinadla xəbərinə görə, Şəmkir rayonu, Yeni həyat kənd sakini, 26 yaşlı Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.
Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.
İlham Həsənovun intihar cəhdinin səbəbləri araşdırılır.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










