ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ

“Vaşinqtonda İranın ram edilməsinin müxtəlif variantları üzərində planlar hazırlanır. Ancaq hələ ki, nəticə yoxdur. Əksinə, Hörmüz boğazında raket və dronlarla vurulan, minalarla partladılan tankerlərin sayı azalmır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu öz sosial media hesabında paylaşıb. O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın “Hörmüz boğazı nəzarətimizdədir” açıqlaması həqiqəti əks etdirmir. Digər tərəfdən İranın ballistik raket istehsalını yenidən artırması da Vaşinqtonu narahat edir. İranın əvvəlki illərdəki kimi uranı zənginləşdirib-zənginləşdirməsiylə bağlı dəqiq məlumat olmasa da, bu ölkənin mühafizəkarları son zamanlar İranın nüvə silahına malik olmasının əhəmiyyəti barədə açıqlamalar verirlər.
.jpg)
“ABŞ-nin BMT-də keçmiş səfiri Nikki Heyli “Fox News” telekanalına müsahibəsində İrana təzyiqin yollarından birini göstərib. Onun fikrincə, Donald Tramp administrasiyası Çin və Honq-Konqda fəaliyyət göstərən kölgə bankçılıq şəbəkəsini hədəf almaqla İranın maliyyə mənbələrini məhdudlaşdırmağa nail ola bilər. Keçmiş səfir bu yolla İranın zəifləyəcəyini və bu halda müharibəyə ehtiyac olmayacağı qənaətindədir. Nikki Heyli hesab edir ki, İranın neft və pul axını Çinin bankları vasitəsilə həyata keçirilir və bu maşrutu bağlamaqla müharibəsiz İranın məğlub ola biləcəyini söyləyib.
Əlbəttə, Çinin dəstəyi olmadan İrandakı rejimin vəziyyəti ağırlaşacaq. Tehran Çinə satdığı neftin hesabına ballistik raket istehsalını və bölgədəki proksi qüvvələrini dəstəkləyə bilir. Pekinin isə Tehranla əməkdaşlıqdan imtina etmək fikri yoxdur. Donald Tramp Çin lideri Si Cinpinlə son görüşündən sonra belə bir bəyanat vermişdi ki, çinli tərəfdaşı da onun kimi Hörmüz boğazının açılmasını və İranın nüvə silahı əldə etməsinin əleyhinədir. Si Cinpinin belə bir mövqe sərgilməsinə baxmayaraq, Pekin ABŞ-nin İrandakı rejimin məğlubiyyətə uğradılmasına da imkan vermək istəmir. Buna görə də, Çin İrandan neft alır, bu ölkəyə raket və dron istehsalı üçün çiplər göndərir. ABŞ-nin BMT-də keçmiş səfiri isə hesab edir ki, ABŞ Maliyyə Nazirliyi qətiyyətli addımlar atarsa, Çin İranla əməkdaşlıqdan imtina etmək məcburiyyətində qalacaq. Nikki Heylinin fikrincə, Çin İran naminə ABŞ-nin bank sisteminə çıxış imkanını itirmək istəməz: “Çinin bizə ehtiyacı İrana olan ehtiyacından daha çoxdur. Bizim təzyiq rıçaqlarımız var, onlardan istifadə edin, qərar verin və bu müharibəyə son qoyun”. Məsələ bu qədər sadə deyil. Tramp administrasiyası İran məsələsində Pekinə təzyiq etmək istəyib, ancaq nəticə olmayıb.
Si Cinpin hakimiyyətə gəldikdən sonra Çinin xarici siyasəti daha fəal və genişmiqyaslı xarakter alıb. 2013-cü ildə “Bir kəmər, bir yol” təşəbbüsünü irəli sürən Si Cinpin bu çərçivədə xeyli ölkəyə səfər edib. Bu səfərlərin və layihənin məqsədi Çinin bölgədə iqtisadi və siyasi təsir imkanlarını artırmaqdır. Eyni zamanda Çin Cənubi Çin dənizində hərbi-dəniz qüvvələrini və hərbi baza şəbəkəsini sürətlə genişləndirib. Vaşinqtonun planı isə Avrasiya bölgəsində Çinin təsir gücünü zəiflətməkdir. Vaşinqtonun İranı ram etmək arzusunun səbəblərindən biri də budur”.
Səfər
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD
“Metak”dan AÇIQLAMA – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur”
Aparıcının öldüyü qəzada digər sürücünü nə gözləyir? — Hüquqşünas açıqladı











