Vətəndaşa verilən inəyin yıxılması görüntüsü gündəm oldu: Agentlik açıqlama yaydı - VİDEO

Sosial şəbəkələrdə Balakən sakininə rayonun Məşğulluq Mərkəzi tərəfindən verilən inəklərlə bağlı videogörüntülər yayılıb.
Müzakirələrə səbəb olan görüntülərdə rayonun Şambul kənd sakini Zaur Ömərova özünüməşğulluq məqsədilə verilən heyvanlardan birinin ayaqüstə dura bilmədiyi, yıxıldığı görünür. Müzakirələrdə qeyd olunur ki, sakin heyvanlardan razılıq etsə də, yayılan video inəyin sağlamlıq durumunu şübhə altına qoyur.
Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, özünüməşğulluq proqramı iştirakçısı Ömərov Zaur Azad oğluna verilmiş heyvanlar tam sağlam olub və baytar sənədi əsasında təhvil verilib: “Özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər Dövlət Məşğulluq Agentliyi tərəfindən araşdırılıb.
Bildiririk ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq. qarışıq yemlə təmin edilib. Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. Belə ki, inəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib”.
Agentlikdən həmçinin bildirilib ki, vətəndaş tərəfindən ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb. Bir neçə ay sonra qurum tərəfindən heyvanlara baxış zamanı onlaarın satıldığı ortaya çıxıb: “2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib”.
Qeyd edək ki, bundan əvvəl də özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanların xəstə olması ilə bağlı iddialar səsləndirilib, fotolar yayılıb. (qafqazinfo)
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?










