Xankəndi seçki dairəsinin sədri: “Bu seçki bizim üçün bayram seçkisidir”

Qarşıdan gələn növbədənkənar prezident seçkisi bizim üçün bayram seçkisidir.
Bunu “Report”un Xankəndi şəhərinə ezam olunmuş əməkdaşına 122 saylı Xankəndi seçki dairəsinin sədri Mədinə Abbasova deyib.
O qeyd edib ki, Xankəndi şəhəri 14-saylı seçki məntəqəsi artıq fəaliyyətə başlayıb: “Xoşbəxtik ki, tarixi anlar yaşayırıq. Burada yeni məntəqənin açılması böyük uğur, unudulmaz tarixi hadisədir. Bütün qəlbimizlə, ruhumuzla bu qüruru, fərəhi hiss edirik”.
M.Abbasova bildirib ki, hazırda prezident seçkisinə hazırlıqla əlaqədar son tamamlanma işlərini aparmaq üçün yenidən məntəqədədirlər və artıq bu məntəqə hazır vəziyyətdədir.
“Xankəndi şəhərindən olan seçicilərimiz çox böyük ruh yüksəkliyi ilə sanki bayrama hazırlaşırmış kimi seçkiyə hazırlaşıblar. Elə həqiqətən də, bu seçki bizim üçün bayram seçkisidir. 14 saylı məntəqəmizin seçici siyahısında olan bütün seçicilərimizin hər birini 7 fevral prezident seçkisi ilə əlaqədar Xankəndi şəhərində səsvermə hüququndan istifadə etməyə dəvət edirəm”, - o deyib.
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












