Xankəndi və Xocalıya köçün vaxtı bəlli oldu

Hazırda "Böyük Qayıdış" planına uyğun olaraq işğaldan azad edilmiş rayonlara məcburi köçkünlərin köçürülməsi məsələsi davam etdirilir.
Prezident İlham Əliyev telekanallara müsahibəsində keçmiş köçkünlərin qayıdış prosesinin daha da sürətlənəcəyini diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, məcburi köçkünlərin bu il qaytarılacağı ərazilər arasında Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri olacaq. 2025-ci ildə isə Ağdam, Zəngilan, Qubadlı şəhərlərinə keçmiş məcburi köçkünlərin qayıtması nəzərdə tutulub.
Həmçinin, Xankəndinin erməni separatçılarından azad edilməsindən də təqribən dörd aya yaxın vaxt keçib.
Bəs Xankəndinə azərbaycanlı əhalinin qayıtması nə vaxta planlaşdırılır?
Bu suala cavab olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Metbuat.az-a bildirib ki, cari ildə Şuşa, Xocalı, Kəlbəcər, Füzuli, Laçın, Cəbrayıl şəhərlərinə, Laçın rayonun Sus kəndinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Malıbəyli kəndinə həmin yerlərdən məcburi köçkün düşmüş şəxslərin köçürülməsi nəzərdə tutulub:
"Hazırda Dövlət Komitəsinin aidiyyəti struktur bölməsi tərəfindən adıçəkilən ərazilərdə, eləcə də Kərkicahan qəsəbəsi və Xocalı şəhərində qeydiyyatda olan məcburi köçkünlərin sorğusu həyata keçirilir. Doğma yurda qayıdacaq ailələrin sayının dəqiqləşdirilməsi, onların sosial vəziyyətinin və məşğulluq imkanlarının qiymətləndirilməsi üçün zəruri tədbirlər görülür, əhali arasında məlumatlandırma, təbliğat işləri aparılır, köçürülmənin texniki-təşkilati məsələləri həll olunur".
İ.Mirzəyev qeyd edib ki, 2024-cü ildə əsasən daha ağır şəraitdə yaşayan məcburi köçkünlərin köçürülməsi planlaşdırılıb: "Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, 2024-cü ildə köçürülmə nəzərdə tutulan ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, yataqxana, sanatoriya, yarımçıq tikililər kimi müxtəlif müvəqqəti məskunlaşma obyektlərində yaşayan, evləri bərpa olunmuş məcburi köçkünlər köçürüləcək".
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












