Xankəndidə tarixi hadisə: Ultramarafon başladı - FOTO - VİDEO

Gənclər və İdman Nazirliyinin Azərbaycan Atletika Federasiyası ilə birgə keçirdiyi Xankəndi - Bakı ultramarafonunun açılış mərasimi olub.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşının məlumatına görə, ilk dəfə təşkil edilən yarışın açılışı Xankəndidə baş tutub.
İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov Xankəndidə yarış keçirməyin onlar üçün böyük fəxr olduğunu bildirib:
“Bu, Azərbaycanda keçirilən ilk beynəlxalq yürüşdür. Hər kəsə uğurlar arzulayıram. Yol uzaqdır və hava soyuqdur. Buna baxmayaraq, idmançıların məsafəni qət edəcəklərinə inanıram”.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov da öz növbəsində iştirakçılara uğurlar arzulayıb:
“Burada tarixi anı yaşayırıq. Azərbaycanda ilk dəfə bu məsafədə beynəlxlaq ultramarafon təşkil olunur. Bu tarixi anı bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. 389 km-dən sonra hər birinizi Bakıda gözləyəcəyik”.
Sonda Azərbaycan Dövlət Himni səslənib.
Sonra ultramarafonun iştirakçıları “Qürurla irəli” şüarı ilə ilk dəfə keçirilən yarışa Xankəndidə start veriblər.
Onlar ilk olaraq 83 km məsafə qət edərək, Yevlaxa çatacaqlar. Ardından Yevlax - Ucar (84 km), Ucar - Hacıqabul (88 km), Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələlərini keçməklə, martın 4-də Bakıya çatacaqlar.
Ultramarafonda ümumilikdə 64 idmançı mübarizə aparır. Onlar arasında Türkiyə (5 nəfər), Meksika (4) və Moldova (1) təmsilçiləri də var.
Qeyd edək ki, hər mərhələnin qalibləri ayrılıqda təltif ediləcəklər. Ultra marafonun ümumi qalibləri isə baş mükafatı qazanacaqlar.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












