Yağıntılar aprelin 14-dən kəsiləcək - PROQNOZ

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin Lent.az-a verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Rayonlarda arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Arabir güclənəcək. Aran rayonlarında gecə 2-6, gündüz 7-12 dərəcə, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. A.Verdiyevin məlumatın görə, aprelin 14-də gündüzdən yağıntılar tədricən kəsiləcək, aprelin 15-də əksər rayonlarda havanın yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












