Yağışların intensiv olması sürüşmə zonalarında aktivləşmə yarada bilər - RƏSMİ AÇIQLAMA

“Yağışların intensiv olması sürüşmə zonalarında aktivləşmə yarada bilər”.
Bunu “Trend”ə açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin İdarə Heyətinin sədri Əli Əliyev deyib.
Onun sözlərinə görə, Abşeron yarımadasında müşahidəyə cəlb edilmiş yeddi sürüşmə sahəsindən yalnız Masazır və Nübar qəsəbəsində zəif aktivlik müşahidə olunur.
“İsmayıllı, Şamaxı zonasında ən sonuncu dəfə Oğuz rayonunun Filfilli kəndində sürüşmə baş vermişdi ki, ora da kiçik sahə idi. Mütəxəssislər tərəfindən sahəyə baxış keçirilib. Həmin sahədə artıq stabilləşmə mövcuddur və ciddi təhlükə gözlənilmir”, - deyə o əlavə edib
Sədr bildirib ki, hazırda ən çox dinamik aktivlik cənub zonasında müşahidə edilir:
“Burada lokal sürüşmə prosesləri müşahidə olunur. Əsasən, Lerik, Astara rayonları ərazisində icra hakimiyyətləri vətəndaş müraciətləri əsasında həmin sürüşmə yerlərində monitorinqlər aparır. Astara rayonunun Şahağacı kəndində sentyabr ayında çayın sağ qolunda yatağın yuyulması prosesləri gedir. Bunun da əsas səbəbi yağan yağışlar nəticəsində çayda suyun artmasıdır. Ötən həftə bu proses daha da aktivləşmişdi. Nəticədə yol çay tərəfindən axıb və yolboyu hərəkət dayanıb. Müvafiq dövlət orqanları tərəfindən tədbirlərin icrasına başlanıb. Hazırda cənub zonası da daxil olmaqla sürüşmə sahələrində vəziyyət stabildir. Lakin nəzərə almaq lazımdır ki, artıq yağış mövsümü başlayıb. Yağışların intensiv olması sürüşmə zonalarında aktivləşmə yarada bilər”.
Qeyd edək ki, ümumilikdə ölkə ərazisində 99 lokal sürüşmə zonası müəyyən edilib və xəritələnib. Növbəti ildə isə sürüşmə zonalarının yeni xəritəsinin hazırlanması planlaşdırılır.
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ











