Yanğınsöndürmə balonu alovu niyə söndürmür? - FHN-dən AÇIQLAMA - VİDEO

Yanğınsöndürmə balonu yanğını söndürməyib. Avtosfer.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, bir neçə şəxs ərazidə yanğınsöndürmə balonunun yanğını söndürüb-söndürmədiyini yoxlayıb. Məlum olub ki, balondakı maddə yanğını söndürə bilməyib, əksinə, daha da alışdırıb.
Fövqəladə Hallar Nazirliyindən oxu.az-a bildirilib ki, balonun saxlanma şəraitinə riayət olunmayanda balonun daxilindəki maddə keyfiyyətini və funksionallığını itirir, lazımsız əşyaya çevrilir: “Yanğınsöndürmə balonları tərkibindəki odsöndürücü maddənin tipinə görə qaz, köpük, toz, su kimi növlərə bölünür. Bu növlərin hər biri yanğının müəyyən sinfinin söndürülməsi üçün təyin olunub. Yanğın siniflərə bölünür: A - qatı materiallar (kağız, taxta, parça); B - maye maddələr (neft-kimya məhsulları və digər tezalışan maddələr); C - qaz halında maddələr (metan, propan, maye qaz, asetilen və təbii qaz); D - tərkibində metal olan maddələr; E - gərginlik altında olan elektrik qurğuları. Bütün növ odsöndürən balonlara müvafiq qaydada mütəmadi olaraq texniki qulluq göstərilməli, saxlanma şəraitinə riayət edilməlidir.
Odsöndürən balonun üzərindəki manometrin əqrəbi yalnız yaşıl rəngin üzərində olduqda balon istifadəyə yararlı hesab olunur. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən mütəmadi keçirilən yanğın-texniki müayinələr zamanı odsöndürən balonların daim işlək vəziyyətdə olması diqqət mərkəzində saxlanılır, odsöndürən balon vizual olaraq təftiş olunur”.
Qurumdan qeyd edilib ki, bəzi işbazlar artıq qazanc əldə etmək məqsədilə yanğınsöndürmə vasitəsinin tərkibinə yolverilməz qatqılar və maddələr əlavə edirlər:
“Odsöndürən balonların “Yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası” fəaliyyət növü üzrə lisenziyaya malik müəssisələr tərəfindən istehsal edilməsi, yaxud tərkibinin yenilənməsi ciddi yoxlanılır. Aşkar olunan yararsız ilkin yanğınsöndürmə vasitələri ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cavabdeh şəxslər barəsində protokol tərtib edilir və cərimə tətbiq olunur.
Təəssüflə qeyd edirik ki, bəzi işbazlar tərəfindən artıq qazanc əldə etmək məqsədilə yanğınsöndürmə vasitəsinin tərkibinə yolverilməz qatqılar və maddələrin əlavə edilməsi, balonların doldurulması zamanı çəki normalarına dair tələblərin pozulması sözügedən odsöndürən vasitənin yararsız hala düşməsinə gətirib çıxarır. Tərəfimizdən aparılan yoxlamalar zamanı belə müəssisələrdən yanğınsöndürmə tərkiblərinin nümunələri uyğun şəkildə götürülərək laboratoriyaya təqdim edilir və mənfi cavablar alınmış müəssisələrin fəaliyyətinin dayandırılması barədə aidiyyəti üzrə vəsatət qaldırılır, yararsız maddələrin isə müvafiq qaydada utilizasiyası həyata keçirilir”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












