Yaşıl işığın saniyəsi az olduğundan sürücülər tıxacda qalır – ŞİKAYƏT + VİDEO

İşıqforun yaşıl işığının saniyəsi az olduğundan sürücülər tıxacda qalıb, yolda sanki avtomobil karvanı yaranıb, hətta Təcili Tibbi Yardım avtomobili də tıxacdan çıxa bilmir...
Görüntülər Abşeron rayonun Mehdiabad-Digah yolundandır.
Sürücülər bildirir ki, bu hall artıq aylardır ki, davam edir. Bəzən elə olur ki, sərnişin avtobusları mənzil başına tez çatmaqdan ötrü alternativ yollardan , yəni təmirsiz ara keçələrdən istifadə edirlər.
Avtomobil yolu üzərində yaşayan sakinlər deyir ki, yaşanan bu hala görə, sürücülər məcburən qarşı yola çıxır ki, nəticədə ağır hadisələr qaçılmaz olur.
DİN-nin "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən bildirildi ki, mövcud problemdən xəbərləri var. Ancaq həmin yolla bağlı sürücü və sakinlər mütləq ərazi üzrə Dövlət Yol Polisi İdarəsinə müraciət etsinlər. Əraziyə baxış keçirildikdən sonra təlimat əsasında işıqorun nizamlanması təmin ediləcək.
Bununla da problem öz həllini tapmış olacaq.
Ətraflı videomaterialda.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












