Yaxın Şərqdəki müharibənin bitməyinə nələr mane olur? - Ekspert səbəbələri AÇIQLADI

Son vaxtlarda dünya gündəmində diqqət çəkən mövzulardan biri də ABŞ, İsrail və İran arasında artan gərginlikdir. Yaxın Şərqdə baş verən hadisələr, tərəflər arasında qarşılıqlı ittihamlar və sərt siyasi bəyanatlar regionda vəziyyətin daha da həssaslaşmasına səbəb olur. Beynəlxalq ictimaiyyət isə bu gərginliyin hansı istiqamətdə inkişaf edəcəyini və tərəflər arasında mümkün gərginliyin azalmasının nə dərəcədə real olduğunu diqqətlə izləyir. Maraqlıdır, müharibənin bitməsinə əngəl olan əsas səbəblər nələrdir?
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Tağıyev Avtosfer.az-a bildirib ki, ABŞ–İsrail–İran üçbucağında gərginliyin bitməsinə mane olan faktorlar sadəcə taktiki deyil, strateji və ideoloji xarakter daşıyır:

“Bu münasibətlərdə uzunmüddətli qarşıdurma elementləri var və tərəflərin maraqları bir-birinə zidd olduğu üçün kompromis imkanları çox məhduddur. Burda nüvə proqramı strateji qırmızı xəttdir. ABŞ və İsrail üçün İranın nüvə silahı əldə etməsi regional balansı tam dəyişdirəcək təhlükə hesab olunduğuna görə bu ölüm-dirim savaşı dərinləşir. Hal-hazırda münasibətlərində gərginliyin bitməsinə əsas əngəllər nüvə proqramı, regional hegemonluq mübarizəsi, İsrailin təhlükəsizlik narahatlıqları və böyük güclərin, xüsusən ABŞ və Çin geosiyasi rəqabətidir. Bu faktorlar kompromis imkanlarını məhdudlaşdırır və münaqişəni get-gedə daha da dərinləşdirir. İran hakimiyyətinin bunu milli suverenlik və müdafiə hüququ kimi görməsi, get-gedə münaqişəni alovladırır. Görünənlərdən bu nəticəyə gələmək olur ki, bu ziddiyyət kompromisə imkan vermir, çünki hər iki tərəf geri çəkilməyi məğlubiyyət kimi görür. Başqa sözlə desək bu münaqişə sonsuz şahmat oyununa bənzəyir: hər gediş yeni qarşıdurma doğurur və heç kim matı qəbul etmək istəmir. Bu gedişlə müharibənin davam edəcəyi ehtimal olunur”.
Nurcan Babək
Deputatın oğlunun da həbs edildiyi qanlı cinayətdə öldürülən Ceyhunun FOTOLARI - VİDEO
Azərbaycanda bu şəxslərə benzin və dizel pulsuzdur
Xətaidə cinayətkar qrupun 11 üzvü HƏBS EDİLDİ - VİDEO
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
Ceyhunu öldürən şəxslər məhkəməyə BELƏ GƏTİRİLDİ - VİDEO
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ












