Yeni Klinikanın Urologiya şöbəsində bu tibbi xidmətlər təmənnasız göstərilir - VİDEO

Ötən ilin 6 iyun tarixindən icbari tibbi sığortanın tətbiq edildiyi Yeni Klinikada Xidmətlər Zərfi daxilində bir sıra müayinə, müalicə və cərrahi əməliyyatlar icra olunur. Bu barədə Avtosfer.az-a Klinikanın İctimaiyyətlə və beynəlxalq əlaqələr Departamentinin rəhbəri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, vətəndaşlar Yeni Klinikanın digər şöbələri ilə yanaşı Urologiya şöbəsinə yaxınlaşaraq icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində təqdim edilən xidmətlərdən tam təmənnasız yararlana bilərlər.
Şöbədə Xidmətlər Zərfi çərçivəsində müayinə və müalicələrlə yanaşı əksər açıq uroloji əməliyyatlar, texniki bazaya uyğun olaraq isə bir sıra endoskopik əməliyyatlar icra edilir.
Tibb müəssiəsində sidik kisəsi, sidik axarı daşları pnevmatik litotripsiyası, sidik kisəsinin transuretral rezeksiyası, prostat vəzin transuretral rezeksiyası, urospiralın taxılması, urospiralın xaric edilməsi və s. kimi endoskopik uroloji əməliyyatlar həyata keçirilir.
Yaxın vaxtlarda klinikada digər endoskopik əməliyyatların da icra edilməsi planlaşdırılır.
Qeyd edək ki, hər bir Azərbaycan Respublikasının vətəndaşı həm şəxsiyyət vəsiqəsi, həm də göndərişlə Yeni Klinikaya müaraciət edərək təqdim edilən tibbi xidmətlərdən yararlana bilərlər.
Nurlan Sakitoğlu
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












