Yol polisləri futbola gedən jurnalistləri saxladı - QALMAQAL

Lənkəranda "Böyük oyun"u izləməyə gedən idman jurnalistləri bu gün polislər tərəfindən saxlanılıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Lənkəran şəhərinin girəcəyində Dövlət Yol Polisinin (DYP) əməkdaşları idman jurnalistlərini daşıyan Peşəkar Futbol Liqasının tutduğu avtobusu stadiona buraxmaq istəməyib. Buna səbəb polislərin jurnalistləri Bakıdan gələn azarkeş bilməsi olub. Jurnalistlər öz vəsiqələrini göstərsələr belə, polisləri fikrindən yayındırmaq olmayıb. Lakin sona məsələ yoluna qoyulub. Məlum olub ki, onlar "Neftçi" fanatları yox, doğrudan da Azərbaycan idman mətbuatının nümayəndələridir. Bununla belə, yerli əhalinin səhv başa düşəcəyindən ehtiyatlanan DYP əməkdaşları bu avtobusu stadiona kimi müşayiət edib.
Qeyd edək ki, ötən mövsüm AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara əsasən "Neftçi" və "Xəzər Lənkəran" komandaları arasında keçirilən görüşlərdə qonaq komandanın tərəfdarlarının stadiona girişinə qadağa qoyulub.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












