Yol qəzalarında 894 nəfər ölüb - Ötən il

2015-ci ildə Azərbaycanın avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Onun sözlərinə görə, ötən il baş verən qəzalar nəticəsində 894 nəfər ölüb, 2265 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. K.Əliyev bildirib ki, 2014-cü illə müqayisədə ötən il 415 hadisə, 230 ölüm, 411 xəsarət halı azalıb. “Ötən il ölkədə baş verən yol qəzalarının təxminən 1/3-i paytaxt ərazisində olub. Yəni Bakı şəhərində 797 yol qəzası qeydə alınıb ki, nəticədə 229 nəfər ölüb, 850 nəfər xəsarət alıb. Piyadavurmalar ümumi hadisələrin 41,5 %-ni təşkil edib. 923 piyadavurma hadisəsi nəticəsində 333 nəfər ölüb, 673 nəfər isə xəsarət alıb".
Şöbə rəisi həmçinin qeyd edib ki, sürət həddinin aşılması səbəbindən 609 yol qəzası baş verib. Nəticədə, 290 nəfər ölüb, 496 nəfər xəsarət alıb. Ötmə və manevretmə qaydalarının pozulması nəticəsində isə 821 yol qəzası baş verib, nəticədə 325 nəfər dünyasını dəyişib, 943 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Təmirə bağlanan yollarla əlaqədar məlumatlar sürücülərə necə ötürülməlidir? - DEPUTAT
Metroda xətlərin ayrılması tələbələrin kirayə xərclərinə təsir edəcəkmi?
Sərnişin sıxlığı ilə əlaqədar dərslər distant təşkil oluna bilər? - Ekspertdən AÇIQLAMA
Metrodakı təmir işlər taksi qiymətlərinə təsir edəcək? - AÇIQLAMA
“Qırmızı körpü”də TIR sıxlığı - Sürücülər günlərdir gözləyir - VİDEO










