Yolun 10 gün bağlı olacağı deyilmişdi - Hələ də açılmayıb

Ötən gün açılması gözlənilən “Bağırov” körpüsünün üzərindəki yol hələ də bağlıdır.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı bir qrup sürücü və sərnişin redaksiyamıza müraciət edərək vəziyyətdən gileylənib. Qeyd ediblər ki, yol elanda paylaşılan vaxtda açılmayıb.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, avtomobil yoluna düşən işlər bitirilib:
“Bakı-Keşlə sahəsində, “Bağırov körpüsü” kimi tanınan ərazidə dəmir yollarının əsaslı təmiri işləri sentyabrın əvvəllərində başa çatdırılacaq. Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospektinin Bağırov yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) avtomobil yolunun 30 avqustda, Bakı şəhəri, Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə (“Koroğlu” metro stansiyasından şəhər və əks istiqamətlərdə) yolun isə 1 sentyabrda açılacağı nəzərdə tutulur”.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli qeyd edib ki, bu barədə Agentliyə hələ məlumat daxil olmayıb:
"Məlumat daxil olan kimi ictimaiyyətə açıqlama veriləcək".
Qeyd edək ki, sözügedən körpü ətrafında məhdudiyyət olacağı ilə bağlı iki dəfə elan paylaşılıb. Bunlardan biri avqustun 11-də, digəri isə 18-də ictimaiyyətə çatdırılıb.
İlk elana əsasən, 12 avqust saat 08:00-dan etibarən 10 gün müddətinə “Bağırov” körpüsünün üzərindəki geriyə dönmədə (“Koroğlu” metro stansiyasından şəhər və əks istiqamətlərdə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşacağı deyilirdi.
Növbəti elanda isə 18 avqust saat 22:00-dan etibarən etibarən 10 gün müddətinə Heydər Əliyev prospektinin “Bağırov” yolötürücüsü üzərindən geriyə dönmə hissəsində (şəhərdən Əliyar Əliyev küçəsi istiqamətində) məhdudiyyət olacağı bildirilirdi.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












