Yük avtomobillərinin sürücüləri qiymət artımına etiraz edir

İranda yük avtomobilləri sürücülərinin ötən həftədən başlayan etirazları davam edir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, onlar sığorta tariflərinin və yanacağın qiymətinin artırılması, eləcə də yükdaşımalara görə qiymətlərin həddindən artıq aşağı olmasına qarşı çıxır. Bir sıra yerli monitorinq qrupları kütləvi tətillər zamanı təhlükəsizlik qüvvələrinin sürücülərə qarşı zorakılığa yol verdiyi, bəzi yerlərdə isə yolda nəqliyyatın hərəkətinə mane olmaq istəyən şəxslərin saxlanıldığı barədə məlumat yayıb. İran Parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf yükdaşıma avtomobillərinin sürücülərini istehsalatın aparıcı qüvvəsi adlandırıb və hökuməti yaranmış vəziyyətin aradan qaldırılması üçün təcili tədbirlər görməyə çağırıb.
Qeyd edək ki, İranda yükdaşıma sahəsi strateji cəhətdən vacib sektor hesab olunur. Belə ki, ölkənin paytaxtdan uzaq ərazilərinə ərzaq məhsullarının çatdırılması məhz yük avtomobilləri vasitəsilə həyata keçirilir.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












