Zamirə Hacıyevanın bu mülkləri satışa çıxarıldı - FOTO

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın müsadirə olunan mülkləri satışa çıxarılıb.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, satışa çıxarılan əmlaklar Z.Hacıyevanın London Naytsbrikdəki 14 milyon funt sterlinq (30 238 019 AZN) qiymətində olan evi və Askotdakı qolf klubudur. Hər iki mülk ümumilikdə 19,5 milyon funt-sterlinqə satışa çıxarılıb.
Bildirilib ki, payızda aktivləri satmaq üçün London Ali Məhkəməsi tərəfindən qəyyum təyin edilib və satış üçün onlayn reklamlar fevralın sonundan etibarən yayımlanmağa başlayıb.
1990-cı illərin əvvəllərində hazırlanan Qolf klubu bazarda 4,75 milyon funt-sterlinqədir:
.jpg)
Naytsbrik “Walton Street”də yerləşən dəbdəbəli ev isə 14,75 funt-sterlinqə satışa qoyulub. Malikanə Harrodsdan beş dəqiqəlik məsafədədir:
.jpg)
Qeyd edək ki, Böyük Britaniya Milli Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) keçən il sözügedən qolf klubu və evin fırıldaqçılıq, mənimsəmə, saxta qeydiyyat, habelə, çirkli pulların yuyulması yolu ilə əldə edildiyini açıqlamışdı.
2018-ci ildə sözügedən agentlik Cahangir Hacıyevin İngiltərədəki əmlakının satılmaması və ya kiməsə verilməməsi üçün ona həbs qoymuşdu.
Xatırladaq ki, Cahangir Hacıyev 2015-ci ilin martına qədər ABB-nin idarə Heyətinin sədri olub. Növbəti il o, mənimsəmə, vəzifədən sui-istifadə, dələduzluq və israfa görə Azərbaycan məhkəməsi tərəfindən məhkum edilib. O, 2019-cu ildə ABB-nin Moskva filialından oğurluğa görə də məhkum edilib və hazırda Bakıda 16 il 6 ay müddətinə həbs cəzası çəkir.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI











