Zəncirvari qəza olan Bakı-Şamaxı-İsmayıllı yolu ilə bağlı AAYDA-dan sürücülərə xəbərdarlıq - VİDEO
“Muğanlı, İsmayıllı, Qəbələ istiqamətində hərəkət edən sürücülər qış fəslinin olduğunu nəzərə alsınlar”.
Bunu oxu.az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, ötən gün də həmin ərazidəki magistral yollarda, həmçinin kəndlərə gedən yollarda buzlaşma qeydə alınıb:
“Çox güman ki, axşama doğru və gecə saatlarında da buzlaşma olacaq. Ona görə də sürücülərdən xahiş edirik ki, həmin istiqamətlərdə, xüsusən də Muğanlı, İsmayıllı, Qəbələ istiqamətində, hərəkət edərkən qış fəslinin olduğunu nəzərə alsınlar. Gecə və səhər saatlarında mənfi temperatur qeydə alındığı üçün yollarda buzlaşma ola bilər. Bu səbəbdən nəqliyyat vasitələri yola hazırlıqlı olmalı, qış fəslinə uyğun şinlərdən istifadə edilməlidir”.
A.Nəcəfli qeyd edib ki, buzlaşma qeydə alınan ərazilərə duz və qum səpilir:
“Qeyd edim ki, hazırda əməkdaşlarımız ərazidə xidmət aparırlar, hər hansı problem yarandıqda texnikalar həmin yerə göndərilir, buzlaşma qeydə alınan yollara duz və qum səpilir. Hər bir halda sürücülərə ehtiyatlı olmağı və meteoroloji amilləri nəzərə almağı tövsiyə edirik”.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












