“Zəngəzur dəhlizi” bu tarixdə açıla bilər - Nazir AÇIQLADI

“Zəngəzur dəhlizi” ilə bağlı layihə 2028-ci ilə qədər tam şəkildə həyata keçirilə bilər”.
Bunu Türkiyənin “TVnet" televiziyasına müsahibəsi zamanı Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, “Zəngəzur dəhlizi” 2028-ci ilə açıla bilər:
"Son vaxtlar Ermənistandan layihə ilə bağlı müsbət siqnallar gəlir. Marşrutun 43 kilometrlik hissəsi Ermənistan ərazisindən keçir və onlar da öz növbəsində planlaşdırma və tenderlə bağlı prosesləri yekunlaşdırmalıdırlar”.
O əlavə edib ki, Türkiyə də layihə ilə bağlı İranla danışıqlar aparır.
“Türkiyə öz ərazisindən keçən 224 kilometrlik hissədə müvafiq infrastrukturun yaradılması işlərini davam etdirir, işlərin yaxın 5 ildə başa çatdırılması planlaşdırılır. Beləliklə, “Zəngəzur dəhlizi” 2028-ci ilə qədər tam şəkildə həyata keçirilə bilər”, - deyə Uraloğlu fikrini yekunlaşdırıb.(news24.az)
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI












