Zəngilan və Qubadlıda seçicilərin fəallığı müşahidə olunur - FOTO

İşğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb.
“Report”un Qarabağ bürosunun Zəngilana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi nəzdində yaradılan 4 məntəqədə səsvermədə iştirak edəcəklər. Məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yaradılıb.
Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilən ərazilərində ümumilikdə 2919 seçici qeydiyyata alınıb. Qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin nəzdində yaradılan 4 məntəqə üzrə səsvermədə iştirak edəcəklər.
Səsvermə məntəqələri bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
Zəngilan rayonu Ağalı kəndində yaradılan 33 saylı məntəqə üzrə 971 nəfər, Alıbəyli kəndində “DOST” Aqroparkın binasında yaradılan 61 saylı məntəqə üzrə 615 nəfər, Ağbənd qəsəbəsində “KALYON” Şirkətinin inzibati binasında yaradılan 62 saylı məntəqə üzrə 561 nəfər, Qubadlı rayonu Xanlıq kəndində “POLATYOL” şirkətinin inzibati binasında yaradılan 63 saylı məntəqə üzrə isə 1387 nəfər səsvermə hüququndan istifadə edə biləcəklər.
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI












