Zəngilana aparan "şüşə kimi" yol: Horadiz - Zəngilan yolundan - VİDEO

İşğaldan azad edilən ərazilərdə yol infrastrukturu yenilənir, köhnə yollar təmir olunur, eyni zamanda təhlükəsizlik tədbirləri də gücləndirilir.
Avtosfer az xəbər verir ki, bir neçə il əvvəl müvəqqəti olaraq Cəbrayıldan Zəngilana qədər olan çəkilən köhnə asfalt yol dağılaraq bərbad vəziyyətə düşmüşdü. Yük maşınlarının intensiv hərəkəti nəticəsində yolda minik avtomobillərinin hərəkəti olduqca çətin və aşağı sürətli idi. Lakin ötən ilin yay aylarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Cəbrayıldan Zəngilanın Ağalı kəndinə qədər olan dağılmış yol təmir edilib, yolun kənarlarında üzərində işıqqaytarıcı elementləri olan dirəklər basdırıb, müvafiq yol nişanları quraşdırılıb. Hazırda həmin yolda hərəkət daha rahat və təhlükəsizdir.
Qeyd edək ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilmişdi.
Təmir-tikinti işləri M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (km 173+600 - km 235+000) 61.4 km-lik Horadiz-Zəngilan hissəsində həyata keçirilib.
III texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metr təşkil edir. Yolboyu mövcud asfalt-beton örtüyün kənarlaşdırılması, qazma, tökmə işləri, yol yatağının və yol əsasının tikintisi, suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri aparılıb.
Xatırladaq ki, bu yol ötən əsrin 80-ci illərində inşa edilib və 30 illik işğal dövründə tamamilə sıradan çıxarılaraq, avtonəqliyat vasitələrinin hərəkəti üçün yararsız olub.
Məhəbbət Tərlanoğlu
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










