Ziya Məmmədov oğlunun Britaniyadakı restoranından DANIŞDI: "Tapana bağışlayacam"

Bir neçə gün öncə jurnalist Cavanşir Həsənli sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun Virciniya adalarındakı bir şirkətdə 41 milyon funt sterlinqə (85 milyon manat) sahib olması ilə bağlı məlumat paylaşıb. Həmçinin jurnalist Anar Məmmədovun şirkətinin Britaniyanın şimal-qərbində 22 restorandan ibarət "KFC franchise" şəbəkəsinə sahib olduğunu da iddia edib.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ ilə bağlı Ziya Məmmədov manset.az-a açıqlama verib.
O, yazılanların həqiqətəuyğun olmadığını bildirib: “O xəbəri yazan kimdirsə, getsin o restoranı tapsın. Sonra o restoranı həmin adama bağışlayacam. Otuz ildir ki, belə cəfəngiyyat şeylər yazırlar, məndən əl çəksinlər. Anarın Britaniyada restoranı yoxdur. Bu cür məlumatlarla mənə qarşı təxribat edirlər. Əgər Allaha inamınız varsa, inanın ki, elə şey yoxdur. Mənim nəyim varsa, aşkardadır. Mən gizlində iş görən deyiləm. Restoran elə bir obyektdir ki, onu gizləmək mümkün deyil. Yalandır, böhtandır. Bir restoranım var, o da kəndimizin başındadır. Gedin, yeyin, için, kef edin. Amma Britaniyada restoranımızın olduğunu kim yazıbsa, ona deyin getsin götürsün. Həmin restoranı ona bağışladım”.
Prezidentin hesablarında Vətən müharibəsi ilə bağlı video paylaşılıb - VİDEO
Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı
Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ
Qarabağ və Şərqi Zəngəzura ayrılan 13,2 milyard vəsait hansı istiqamətlərdə xərclənəcək? - AÇIQLAMA
Elektrikli avtomobillər 4 dəqiqəyə şarj olunur: Ən sürətli modellər AÇIQLANDI
Dayanacaq ciblərində asfalt niyə sıradan çıxır? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA












