"102" xidmətinə zəng etdi, adam öldürəcəyini dedi

Daşkəsəndə kişi spirtli içki qəbul edib Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək adam öldürəcəyini deyib. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə rayonun Xoşbulaq kəndində baş verib.
1997-ci il təvəllüdlü kənd sakini heç bir yerdə işləməyib və içki düşkünü olub. Onun anası Daşkəsəndəki obyektlərdən birində günü 8 manata qabyuyan işləyib. Heç bir işlə məşğul olmayan həmin şəxs anasından hər gün 7 manat alıb spirtli içki alıb içir, anlaqsız hərəkətlər edirmiş. Sonuncu dəfə o, içki qəbul edəndən sonra Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib evinə tibb işçilərinin gəlməsini istəyib. Bildirib ki, əgər tibb işçiləri gəlib onu xəstəxanaya yerləşdirməsə, adam öldürəcək.
"102" xidmətinə daxil olmuş məlumat əsasında hadisə yerinə polis əməkdaşları gəliblər. Həmin şəxs polis əməkdaşlarına tabesizlik göstərib və hərəkətlərinə davam edib. Polis əməkdaşları onu şöbəyə gətirərək barəsində inzibati tədbir görüb və iş məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə o, 8 sutka həbs edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












