18 ay sonra bəraət aldı - “Balıq tutduğuma inanmamışdılar”

Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Beyləqan sakininə həbsindən 18 ay sonra bəraət verilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi verilmiş ittihamların təsdiqi üçün təqdim edilmiş sübutları yetərli hesab etməyib.
Ağır cinayətdə ittihan olunan 38 yaşlı İlkin Cəfərov Beyləqan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində çalışıb. Hadisə günü də işi ilə bağlı yaşadığı İkinci Şahsevən kəndindəki su kanalına gedib. İlkin kanalın ətrafında olarkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz narkotik dövriyyəsi ilə əlaqədar saxlanıldığını deyiblər.
İlkinə verilmiş ittihamda yazılıb ki, o, şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşları ilə əlbir şəkildə hərəkət edərək onların qaçaqmalçılıq yolu ilə ölkəyə keçirdiyi narkotik vasitəni götürmək üçün kanalın yanına gəlib. 15 kiloqram qurudulmuş marixuananı götürüb geri qayıdarkən də saxlanılıb.
Amma təqsirləndirilən kəndli hakimlərin qarşısında ittihamı qəbul etməyərək belə bir hadisə baş vermədiyini deyib.
İlkin məhkəmədə bildirib ki, 2013-cü ildən Beyləqan rayon Su-Kanal İdarəsində nizamlayıcı vəzifəsində çalışır. İşi ilə əlaqədar tez-tez su kanalına gedir, suyun paylanmasını tənzimləyir, bəzən də orada balıq tutur. Hadisə günü də sahə rəisi ona suyu nizamlamağı tapşırıbmış: “Özümlə qarmaq və tor götürdüm ki, işimi bitirdikdən sonra balıq tutum. Kanal sərhəd zastavasının yaxınlığından keçir. Tilovu atıb ipi bağlamaq istəyəndə sərhədçilər yanıma yaxınlaşdılar. Dedilər ki, sən buraya narkotik götürmək üçün gəlmisən. Əllərimi və gözlərimi bağlayıb təxminən 50 metr apardılar. And-aman etdim ki, narkotik nədir, necə olur, heç bilmirəm. Dedim ki, burada həmişə balıq tuturam, inanmadılar”.
Təqsirləndirilən şəxs aşkarlanan narkotikin ona aidiyyəti olmadığını təkrarlayaraq hakimlərdən ona bəraət verilməsini xahiş edib.
Əməliyyatda iştirak edən sərhədçilər isə prosesdə İlkinə qarşı ifadə veriblər. Şahidlərin dediyinə görə, kanalın ətrafına narkotik qoyulması barədə əvvəlcədən məlumat daxil olub, buna görə də orada pusqu qurublar: “Gördük ki, şəxs paltarlarını soyunub kanalı keçdi, bir az sonra da torba ilə geri qayıtdı. Ona “dayan” əmri verilib, havaya xəbərdarlıq atəşi açılıb. Amma o, sərhəd zolağından arxaya doğru qaçmağa başladı. Tutub saxladıq. Amma saxlanıldığı yerdə balıq tutmaq üçün heç bir avadanlıq yox idi, yalnız paltarlar, rezin çəkmə və mobil telefon var idi”.
Oruc Cəlilovun sədlik etdiyi məhkəmə kollegiyası ittiham tərəfinin şahidlərinin dediklərini inandırıcı hesab etməyiblər. Hökmə əsasən, İlkin Cəfərov Azərbaycan Respublikası adından təqsirsiz elan edilib. O, dərhal həbsdən azad edilib.
Xeyriyyə fonduna pul köçürməkdən imtina edən şəxsin bahalı maşını yandırıldı - FOTO
Bakıda təhlükə saçan piyadaya sürücü sərt reaksiya verdi - VİDEO
Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO
Bakıda avtomobildən düşən təkər digər maşına çırpıldı - VİDEO - YENİLƏNİB
Zığdakı zavodun Xəzəri çirkləndiyi iddia edildi; qurum hərəkətə keçdi - RƏSMİ - VİDEO - YENİLƏNİB
“Yango” 100 milyon cərimələndi – RUSİYAYA MƏLUMAT ÖTÜRÜR
Prospektdə təhlükə: Gənc oğlan maşınların arasından qaçaraq yolu keçdi - VİDEO
Lökbatandakı yanğına 2 helikopter cəlb olundu - FOTO - VİDEO - YENİLƏNİB
Bakıda yanan anbar məşhur şirkətin imiş - FOTOLAR
Bakıda faciəvi yol qəzası BAŞ VERİB - ÖLƏN VAR - YENİLƏNİB
Valideynlər uşağı yola buraxdı; sürücü qəzadan belə qurtuldu - VİDEO








