18 nəfərə qarşı dələduzluqda ittiham edilən qadın məhkəməyə niyə gəlmir?

Sumqayıtda qadın 18 nəfərə qarşı dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.
Avtosfer.az "Musavat.com"a istinadən xəbər verir ki, 18 nəfərin şikayətçi olduğu qadın Zərinə Səfixanovadır.
O, bir müddət rus dili müəllimi, sonra da özəl bağçalardan birinin direktoru kimi fəaliyyət göstərib. Bağçanı bağlasa da, son zamanlar onun yenidən eyni sahədə çalışmağa başladığı bildirilir.
Zərinə Səfixanova etibarını qazandığı, münasibət yaratdığı şəxslərdən uşağının xəstə olması adı ilə pul alıb. Uşağının ilk əməliyyatının Ege Hospitalda, ikinci əməliyyatının isə Respublika Neyrocərrahiyyə Xəstəxanasında olduğunu deyən Z.Səfixanovanın yalanının üstü açılıb.
Aldadılan şəxslər başa düşüb ki, onun övladı yoxdur.
Səfixanova sonradan zərərçəkmiş şəxslərin telefonlarına cavab verməyib və onların pulunu qaytarmayıb.
Çoxsaylı şikayətlərdən sonra Zərinə Səfixanova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həbs edilməyən Z.Səfixanova məhkəmənin çağırışlarına məhəl qoymur.
Onun cinayət işi üzrə məhkəmə araşdırması Sumqayıt Şəhər Məhkəməsində hakim Günel İsmayılovanın sədrliyi ilə araşdırılır. Artıq səkkiz məhkəmə iclası keçirilib və təqsirləndirilən şəxs üçüncü dəfədir məhkəmənin çağırışlarını nəzərə almır.
Maraqlıdır ki, Z.Səfixanova aprelin 15-də baş tutan sonuncu iclasa gəlməyib. Buna görə də məhkəmə qeyri-müəyyən vaxta təxirə salınıb, hakim növbəti iclas günü üçün vaxt təyin etməyib. Belə çıxır ki, Z.Səfixanovanın gəlişi gözlənilir.
Hakim Səfixanovanın məhkəməyə gətirilməsinə nail ola bilmir. Onun barəsində məcburi gətirilmə qərarının çıxarılmasına da tərəddüd edir. Hakimin katibi zərərçəkmiş şəxslərin məhkəməyə gəlməsinin vacib olduğunu deyərək bir-bir onlara zəng edir. Zərərçəkmişlər məhkəməyə getsə də, Z.Səfixanova məhkəməyə gəlmir.
Onu da qeyd edək ki, sonuncu iclasda hakim Zərinə Səfixanovanın 29 həftəlik hamilə olduğunu deyərək onun barəsində məcburi gətirilmə qərarının çıxarıla bilməyəcəyini deyib. Lakin təqsirləndirilən şəxsin hamilə olması ilə bağlı rəsmi sənəd yoxdur və şifahi olaraq məhkəməyə verilən məlumatdır. Həm də 29 həftəlik hamiləlikdə məhkəməyə gəlmək olmur?
Zərərçəkmiş şəxslər məhkəməyə maddi zərərlə yanaşı, mənəvi ziyanla bağlı iddialarını da təqdim ediblər.
Məhkəmə proseslərinin əsassız səbəblərlə təxirə salınması, Səfixanovanın məhkəməyə saymazyana münasibəti zərərçəkmiş şəxsləri təngə gətirib. Buna görə də zərərçəkmiş şəxslər Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə və Sumqayıt Şəhər Məhkəməsinin sədrinə təqdim etmək üçün müraciət hazırlayıblar.
Bakıda yenə avtobus yandı - VİDEO
Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO - VİDEO
Bu yolda hərəkət işgəncəyə çevrilib: Qazılan hissə bir ildir bərpa olunmur - VİDEO
Paytaxtda maşından meyit tapılıb
Bakıda avtobus sürücüsünün ani diqqətsizliyi faciəyə səbəb olacaqdı - ANBAAN VİDEO
İşıqlandırılmayan yolda dayanan sərxoş piyada təhlükə yaratdı - VİDEO
Zuğulbada hərəkətdə olan “Mercedes Vito” yanaraq kül oldu - VİDEO
Piyadaları vurmamaq üçün manevr edən motosiklet aşdı; sürücü yaralandı - VİDEO
Samuxda 3 tondan artıq çətənə kolu məhv edildi - FOTO
Aşan avtobusun sürücüsü danışdı: “Gözümə gün düşdü” - VİDEO
Lizinqlə avtomobil aldı, pulundan və avtomobilindən oldu - VİDEO










