19 nəfərin öldüyü qəzada heç kim həbs edilmədi - FOTO

15 fevral 2010-cu ildə Brüssel yaxınlığındakı Buizingen kommunasında baş verən dəmir yolu qəzası ciddi siyasi məsələyə çevrildi.
Avtosfer.az xəbər verir ki, həmin gün əks istiqamətlərdə hərəkət edən 2 sərnişin qatarı yoldəyişdirənlərin çevrilməsi nəticəsində üz-üzə toqquşur. Hər 2 qatar öz yolu ilə hərəkət edərkən Buizingen kommunasındakı stansiyaya girmək üçün qatarlardan biri A xəttindən B xəttinə yönəldilir. Nəticədə qatarlar stansiya girişində üzbəüz toqquşur. Qəza anında qatarlarda olan 300 sərnişindən 19-u ölür, 162-si xəsarət alır. Digər xətlə hərəkət edən üçüncü qatarın maşinisti qəzanı görərək qəfil tormozlama ilə lokomotivi saxlaya bilir və qəzadan yayınır. Hadisə barədə stansiya növbətçisini də o məlumatlandırır.
İstintaq qrupu 1 illik təhqiqatdan sonra maşinistin qırmızı işığa əməl etmədiyi üçün qəza baş verdiyini canlı yayımda bildirir. Dəmir yolları şirkəti SNCB hadisəyə buzlaşmanın səbəb olduğunu desə də, prokurorluq bu versiyanı qəbul etmir. Lakin avadanlıqların köhnə olması istintaq materiallarında yer alır.
Müstəıntiqlərin maşinisti qayda pozmaqda ittiham etməsi isə ölkənin bütün dəmiryolçularının tətilinə səbəb olur. Onlar təqsirkarın maşinist deyil, pis infrastruktur olduğunu iddia edirlər. İşə deputatlar qarışır. Parlament komissiyasının yoxlaması dəmir yol sistemində ciddi boşluqları üzə çıxarır. Lakin son nəticədə heç kim dəmir barmaqlıqlar arxasına düşmür. Halbuki, bu, Belçika tarixinin ən ağır dəmir yolu qəzası idi. İnsan itkisindən əlavə, ölkədə dəmir yolu hərəkəti 2 gün dayanmış, infrastruktur çox ciddi şəkildə zədələnmişdi.
Məhkəmənin hökmü ilə SNCB şirkətindən infrastruktura ciddi sərmayə qoymaq tələb edilir.
Vüqar Yaşaroğlu
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Dəhşətli cinayətin təfərrüatı
Sumqayıtda dəhşət: 32 yaşlı kişi ÖLDÜ
Ölüm hökmü canlı yayımda icra ediləcək
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO














