200 min dollar itirdiyini deyib, hələ də məhkəməyə gəlmir

33 yaşlı birjaçı Nizami Alışan tərəfindən 200 min dollarının ələ keçirildiyini deyən iş adamı Yadigar İsrafilov hələ də məhkəməyə gəlmir.
Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilməli olan bugünkü iclas da həmin səbəbdən təxirə salınıb.
Şikayət edən şəxsin məhkəməyə gəlməməsi hakimləri də təəccübləndirir. Bundan əvvəl İsrafilovun polis vasitəsilə məcburi məhkəməyə gətirilməsi qərarı qəbul edilib. Lakin yenə də nəticə yoxdur.
Bu gün prosesə sədrlik edən hakim Aytən Əliyeva zərərçəkmişə yenidən xəbərdarlıq göndərib, məhkəmədə iştirakının vacib olduğunu bəyan edib.
Nizami Alışanın vəkili Samir İsayev isə zərərçəkmişdən əlavə, “İnvestAz” şirkətinin rəhbərlərindən biri olan Ceyhun Abdullayevi məhkəməyə çağırır. Vəkil deyir ki, Abdullayev bu işlərdə fəal iştirak edib, hər şeydən də xəbəri var: “Buna baxmayaraq, o, şahid qismində tanınmayıb. Xahiş edirik, Ceyhun Abdullayev əlavə şahid qismində dindirilsin”.
Hakim bu məsələyə növbəti proseslərdə baxılacağını, ehtiyac yaranarsa, sözügedən şahidin məhkəməyə çağırılacağını qeyd edib.
Proses mayın 29-na kimi təxirə salınıb.
Qeyd edək ki, bu iş üzrə Yadigar İsrafilovdan əlavə, Zeynal Usubov da zərərçəkmiş qismində tanınıb. İtttihama görə, Nizami Alışan onlardan aldığı pulu “İnvestAz” saytında artıraraq geri qaytarmağı söz veribmiş.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, müğənni Elariz Məmmədoğlunun isə kürəkənidir.
Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












