206 min manatı mənimsəyən şirkət rəhbərinə hökm oxunub

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda təqsirləndirilən şirkət rəhbəri Rüfət Kərimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamran Muxtarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Rüfət Kərimova 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Onun ibtidai istintaq müddətində dəymiş ziyanı tam ödədiyi bildirilib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, şirkət rəhbəri tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitinin leqallaşdırması ilə bağlı Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat daxil olub.
İstintaqla Kərimov Rüfət Nurəddin oğlunun 2017-2022-ci illər ərzində təsisçisi və faktiki rəhbəri olduğu çoxsaylı şirkətlərə dövlət qurumları və onlara aid müəssisələr tərəfindən müxtəlif təyinatlarla köçürülmüş ümumilikdə 206 min manat məbləğində pul vəsaitini qanuni görüntü yaratmaq üçün formal əqdlər bağlamaq yolu ilə mənimsəməsinə, bununla da cinayət yolu ilə əldə edilən həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüfət Kərimova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
İbtidai istintaq dövründə iş üzrə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi təmin edilib.
Ətrafı çirkləndirən "Ford" sürücüsünə DYP-dən REAKSİYA - VİDEO
Piyadalar yola atıldı, sürücü son anda təhlükədən yayındı - VİDEO
Yolun ortasını səkiyə çevirən piyada avtomobillərə məhəl qoymadı - VİDEO
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə NAZİRLİKDƏN REAKSİYA - VİDEO
Qusarda vəhşilik: Atın gözü bıçaqla çıxarıldı - VİDEO - YENİLƏNİB
Bakıda maşında qadın DÖYÜLDÜ
Bakı-Ələt yolunda "Formula yarışı": Plastik maneələr sürücülərə təhlükə yaradıb - VİDEO
Taksidə söyüş söyüb pulu ödəmədən getdilər - BAKIDA - VİDEO
Xırdalanda “Hyundai” yandı - VİDEO
Paytaxtda dəhşətli qəza: ÖLƏN VAR
Bakıda yaşayış binasında yanğın olub - VİDEO










