26 yaşlı Ləman skuterlə adam vurub: “Məndən 15 min istədilər”

Ağ Şəhər Bulvarı ərazisində avtomobillə skuteri vuran xanım sürücü hakim qarşısına çıxarılıb. Zərərçəkmiş şəxs şikayətçi olub.
Avtosfer.az xəbər verir ki, 26 yaşlı Ləman idarə etdiyi “KİA Optima” markalı avtomobillə saatda 60 km/saat sürətlə hərəkətdə olan zaman yolu keçən skuteri vurub.
Skuterdə olan 20 yaşlı Həsər Xəlilov xəsarət alıb. Həsərin hər iki baldır sümüyü sındığı üçün əməliyyat olunub.
Hadisə zamanı Ləmanın yanında rəfiqəsi olub, onlar birlikdə Bulvara istirahətə gedirmişlər. Qəzadan sonra onlar yaralını öz maşınları ilə xəstəxanaya aparmaq istəyiblər. Lakin polis əməkdaşları təcili yardım gözləməyi məsləhət görüb.
Törətdiyi əmələ görə peşman olan Ləman deyib ki, zərərçəkmiş tərəflə barışmağa cəhd etsə də, mümkün olmayıb. Sözlərinə görə, zərərçəkmiş tərəf ondan 15 min manat tələb edir. Lakin onun 5 min manat ödəmək imkanı var.
Zərərçəkmiş Həsər isə deyib ki, qarşı tərəfdən pul tələb etmirlər və qanunla nəzərdə tutulmuş şəkildə cəzalandırılmasını istəyirlər.
Məhkəmənin hökmü ilə Ləman 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıb. Barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmiş Ləman cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.(musavat)
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO












