49 uşağın öldüyü qəza yerinə polis 2 saat sonra gəldi - FOTO

Dünyada dəmir yolu keçidlərində baş verən qəzalar hər il çox sayda insanın ölümünə səbəb olur.
Avtosfer.az xəbər verir ki, nəqliyyat vasitəsinin qatar yoluna çıxması hallarında hər zaman təqsirkar maşinist deyil, sürücüdür. 17 noyabr 2012-ci ildə Misirdə baş verən qəzada dəmir yolu nəzarətçisinin səhlənkarlığı olsa da, sürücü təqsirsiz hesab edilə bilməz. O dövrün mənbələrinə görə, Qahirənin 350 kilometrliyindəki Manfalut yaşayış məntəqəsindəki dəmir yolu keçidində baş vermiş qəza Misir tarixinə ən çox uşağın öldüyü hadisə kimi düşdü. Nəzarətçi postda yatdığı üçün qatar yaxınlaşarkən şlaqbaumu bağlamağı unudub. Bağça uşaqlarını daşıyan avtobus isə sürəti azaltmadan açıq şlaqbaumdan keçmək istəyərkən qatarla toşşuşub. Sürətlə gələn qatar avtobusu 2 kilometr sürüdükdən sonra dayana bilib. Xilasedicilər hadisə yerinə gəldikdə artıq 49 azyaşlı və 2 böyük dünyasını dəyişmişdi. Həkimlərin xəstəxanaya çatdırdığı 17 yaralı uzun müddət müalicədən sonra salamat qaldı.
Hadisə yerinə 2 saat sonra gələn polis dəmir yolu nəzarətçisini saxladı. Dəmir yollarının rəhbəri və nəqliyyat naziri işdən azad edildilər.
Xarici KİV-lərin məlumatına görə, Misirdə infrastrukturun köhnə olması, pis texniki qulluq və diqqətsizlik vaxtaşırı qatar qəzalarına səbəb olur. 2002-ci ildə baş verən qəzada 400-dək insan həyatını itirmişdi . Hazırda ölkənin dəmir yollarında modernləşdirmə aparılsa da, proses ləng gedir.
Digər tərəfdən, açıq şlaqbaumda keçən sürücü də təqsirsiz hesab edilə bilməz. Hətta tənzimlənən keçiddə belə, sürücü qatarın gəlmədiyinə əmin olduqdan sonra keçidə daxil olmalıdır.
Vüqar
Bakı-Şamaxı yolunda yük maşını alovlara büründü - VİDEO
Qaçaraq özünü maşına çırpan piyada hadisə yerində öldü - ANBAAN VİDEO
Heydər Əliyev prospektində təhlükəli asfalt motosikletçiləri riskə atır - VİDEO
Bakının əsas şosesində motosiklet sürücüləri üçün TƏHLÜKƏLİ VƏZİYYƏT: Hər an ölümcül qəza ola bilər - VİDEO
211 nömrəli avtobusda sürücü skuterə görə uşaqla ananı avtobusa buraxmadı - VİDEO - YENİLƏNİB
Tovuzda narkotik əməliyyatı - İki nəfər həbs edildi - FOTO
Bu yolda çuxurlar sürücüləri çətin vəziyyətə salır - VİDEO
Ekspedisiya gəmisində epidemiya aşkarlandı
Bakıda hoteldən və avtomobildən oğurluq edən iki nəfər saxlanıldı
Taksi sürücüsü geyimi çirkli olan sərnişini çəkiclə döydü - Cinayət işi açıldı - FOTO
Salyandakı qəzada ölənlərin FOTOLARI











