6 uşaq atası Nazimi maşınla vurub öldürənə - Bu cəza verildi

Ötən ilin noyabrında Astarada 6 uşaq atası olan 44 yaşlı Nazim Baxşıyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən şəxsə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, Astara Rayon Məhkəməsinin hökmünə əsasən, yük maşını ilə ağır qəza törətmiş 37 yaşlı Peyman Ruşanova 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib.
Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinən sürücünün cəzasını məntəqə tipli müəssisədə çəkməsi və bundan sonra 1 il 6 ay müddətə sürücülük hüququnun məhdudlaşdırılması da hökmdə qeyd edilib.
Qeyd edək ki, Nazim Baxşiyev 6 uşaq atası olub. Fəhləlik edərək ailəsini dolandıran Nazimin həyat yoldaşı 4 il bundan əvvəl xəstəlik səbəbindən vəfat edib. Məktəbli və azyaşlı uşaqlarına isə N. Baxşiyev özü tək baxırmış.
Məhkəmədə N.Baxşiyevin böyük oğlu onun hüquqi varisi kimi tanınıb. Mərhumun oğlu sürücüdən şikayətçi olmadığını, onunla barışdığını bildirib.(qafqazinfo)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












