"8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən və "8-ci kilometr” bazarı kimi tanınan ticarət mərkəzində xadimənin ticarətlə məşğul olan qadını döyməsi ilə bağlı məhkəmə qərarı elan olunub.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, 1982-ci il təvəllüdlü, "Ramal” Ticarət Mərkəzində xadimə işləyən Fərqanə adlı qadın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa orta ağır zərər vurma - xuliqanlıq niyyəti ilə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.
İstintaq zamanı müəyyən olunub ki, Fərqanə bazarın girişində 12 ildir qadın geyimləri satışı ilə məşğul olan Vüsalə adlı ticarətçi ilə mübahisə edib. Səbəb isə Fərqanənin 31-ci sırada yerləşən 3-cü və 4-cü piştaxtalar arasındakı keçidə stul qoyması olub. Bu hərəkətə etiraz edən Vüsalə ilə aralarında əvvəlcə sözlü mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb.
Mübahisə zamanı Fərqanə əlindəki stulu yerə qoyaraq Vüsaləyə hücum çəkib və yumruqla onun sol sifət və sol qol nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Vüsalənin sol almacıq sümüyü sınıb, həmçinin sol bazusunda və ağzının sol küncündə qançırlar yaranıb.
Məhkəmənin çıxardığı hökmə əsasən, Fərqanə 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində elektron qolbaqla nəzarət altında saxlanılacaq.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












