AAYDA-nın 5 əməkdaşı göbələkdən zəhərləndi - ADLAR - YENİLƏNİB

Qobustan rayonunda göbələkdən zəhərlənən şəxslərin son durumu açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, noyabrın 5-də saat 14:00-da beş nəfər (kişi) zəhərlənmə şübhəsilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Onların hər birinə zəruri tibb xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".
***09:11
Qobustan rayonunda beş nəfər göbələkdən zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, zəhərlənən şəxslər rayon sakinləri Miryaqub Bayramov, Zaur İlyasov, Etibar Bağıyev, Səfərxan Baloğlanov və Ağa Ağayevdir.
Onların Qobustan Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı bildirilir.
İlkin məlumata görə, zəhərlənən şəxslər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Regional Yol İstismarı İdarəsinin əməkdaşlarıdır.
Ehtimal olunur ki, onlar işlədikləri ərazidə yol kənarından topladıqları göbələkləri yeyiblər.
Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda sürücülər çökmüş yolda tullana-tullana gedir - VİDEO
Dehli yenə gözəgörünməz oldu
Yaşıl işıqda yolu keçən piyadaya görə sürücülər dayandı, sonda isə… - VİDEO
Bakının əsas prospektlərindən birində işıqfor işləmir - VİDEO - YENİLƏNİB
Motosikletin qabağını qaldırıb sürən şəxs həbs edildi - VİDEO - FOTO
Yolu qaçaraq keçən piyadalar sürücüyə təhlükəli anlar yaşatdı - VİDEO
Hövsanda yolu keçən piyadaların qarşısına avtobus çıxır - VİDEO
Zooparkdan nadir heyvanlar oğurlandı
Gəncədə sürücülər motokuryerlərdən narazıdır; 10 gündə 3 qəza - VİDEO
Britaniyalı səyyah 28 il sonra evə qayıtdı – Azərbaycandan da keçib - FOTO
Kiberdələduzluq şəbəkəsinin “Call center”lərinə beynəlxalq zərbə - KMBİ-dən ƏMƏLİYYAT - FOTO - VİDEO












