ABŞ-də azərbaycanlı 3 uşaq atası olan həmyerlisini qətlə yetirdi - İki yaralı var

Hadisə Vaşinqtonda baş verib. Avtosfer.az ABŞ-dəki məlumatlı mənbəyə istinadla xəbər verir ki, 3 azərbaycanlı arasında yaranan mübahisə ölümlə nəticələnib. Vaşinqtonda yaşayan azərbaycanlı eyni mərtəbədə yaşayan digər azərbaycanlıdan tələb edib ki, bir daha ona salam verməsin. Bundan narazı qalan həmyerlimiz məsələni eyni binada yaşayan yeznəsinə danışıb və vəziyyət dramatikləşib.
Əsəbləşən yeznə sözügedən azərbaycanlını binanın altındakı parkinqə söhbətə çağırıb. Razılığa gələ bilməyən tərəflər bıçağa əl atıb. Yeznənin salam verməməyi tələb edən azərbaycanlıya vurduğu bıçaq zərbəsi ölümcül olub. Lakin zərərçəkən də öz növbəsində qonşusunu və yeznəni ağır yaralaya bilib. Onlar hazırda xəstəxanadadırlar.
Hər 3 azərbaycanlı çatdırma xidmətində çalışıb. 2 qonşu arasında münasibətlərin pisləşməsinə səbəb birinin digərinə borcunu qaytarmaması olub.
Məsələ ABŞ mətbuatında da yer alıb. Lakin yerli media ənənəsinə görəı zərərçəkənlərin adları açıqlanmayıb.
İşin pis tərəfi isə öldürülən şəxsin 3 uşaq atası olmasıdır.
Vüqar
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












