Abşeronda müəllim borca görə özünü öldürdü

Abşeron rayonunda intihar hadisəsi baş verib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Digah qəsəbəsində baş verib. Qəsəbə sakini, 1988-ci il təvəllüdlü Əlibaxış Ağayev mayın 2-də axşam saatlarında özünü yaşadığı evdə asıb. Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib.
Məlumata görə, Ə.Ağayev Mehdiabad Musiqi Məktəbində tar müəllimi olub. İki azyaşlı övlad atası olan müəllimin külli miqdarda kredit borcunun olduğu deyilir.
Məlumatda o da bildirilir ki, Ə.Ağayev yaxın günlərdə attestasiyadan keçmək üçün imtahan verməli imiş.
Əlibaxış Ağayev son iki ayda gərgin və fikirli görünürmüş. Dünən səhər saatlarında o, işlədiyi musiqi məktəbində tar dərsi keçib.
Günorta saatlarında məktəbdən çıxanda müəllim yoldaşları ilə görüşərkən bilib ki, onların bəzisi Mədəniyyət Nazirliyinin keçirdiyi attestasiya imtahanından keçə bilməyib. "Onsuz da mən də kəsiləcəyəm" deyən Ə.Ağayev müəllim yoldaşları ilə sağollaşıb evinə gedib. Günün ikinci yarısında isə müəllimin intihar etdiyi barədə məlumat yayılıb.
Məlumatda qeyd edilir ki, Ə.Ağayevin həm kredit, həm də aliment borcu olub. Həmin borcları ödəyə bilməkdə çətinlik çəkən müəllim boş vaxtlarında qəsəbə ərazisində aparılan fərdi tikinti sahələrində fəhləlik də edirmiş.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












