Abşeronda qadının pansionatdan çıxarılma səbəbi AÇIQLANDI - FOTO

Abşeron rayonu, Məmmədli kəndi ərazisində qadının pansionatdan çıxarılma səbəbi məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl sığınacağa yerləşdirilən Güləbətin Əlosman qızı Zəkiyevanın Hepatit C nəticəsinin müsbət olduğu müəyyən edilib:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin xidmətlərindən çətin həyat şəraiti ilə üzləşən vətəndaşlar qanunvericiliyə uyğun şəkildə yararlana bilərlər.
Müəssisəyə qəbul olunan şəxslər burada 180 gün (6 ay) ərzində qida, yaşayış və geyimlə təmin edilirlər.
Güləbətin Əlosman qızı Zəkiyeva da 10.09.2021-ci il tarixində müəssisəyə yerləşdirilib və həyat şəraiti nəzərə alınaraq uzun müddət burada yaşayıb. Vətəndaş 18.08.2024-cü ildə öz ərizəsi əsasında sığınacaqdan çıxıb. Daha sonra, 28.01.2025-ci ildə yenidən qəbul edilib və dövlət qayğısı ilə təmin olunub.
Müəssisədə aparılan müntəzəm tibbi yoxlamalar zamanı Güləbətin Zəkiyevanın Hepatit C xəstəliyinə yoluxduğu müəyyən edilib. Digər sakinlərin sağlamlığı üçün təhlükə yaranmaması məqsədilə, daxili nizam-intizam qaydalarına əsasən onun sığınacaqda qalma müddəti məhdudlaşdırılıb.
Onunla profilaktik söhbət aparılıb və müvafiq tibb müəssisəsinə müraciət etməsi tövsiyə olunub.
Qeyd edilib ki, Zəkiyevanın yaxın qohumları dəfələrlə onu ata evinə aparmaq istəsələr də, o bu təklifdən imtina edib", - cavabda qeyd olunub.
***
Abşeron rayonu, Məmmədli kəndi ərazisində qadın küçəyə atılıb.
Ərazidə olan sakinlərin verdiyi məlumata görə, sözügedən qadın 15 gündür küçədə qalır.
Qadının xəstə olduğuna görə pansionatdan küçəyə atıldığı iddia olunur.
Sakinlərin sözlərinə görə, heç nəyi olmayan qadın iki həftədir dayanacaqda gecələyir və yoldan keçənlər ona köməklik göstərirlər.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.

Yerüstü keçidin yanından yolu keçən kişi irada məhəl qoymadı - VİDEO
Mingəçevirdə “Mercedes” qəfil alışıb yandı - VİDEO
Qaradağda evakuator və daşıdığı avtomobil yanaraq kül oldu - VİDEO
15 qız yanaraq öldü, polis yanğınsöndürənləri binaya buraxmadı - FOTO
Bakı-Sumqayıt yolunda yük maşını körpüyə ilişib qaldı - VİDEO
Qayda pozan piyada əli ilə sürücüdən ona yol verməsini istədi - VİDEO
Yardımlıda alışan “Mercedes” geriyə hərəkət edərək dərəyə düşdü - VİDEO
Diqqətli olun: Azərbaycanla bağlı yayılan bu görüntülər saxtadır – ARAŞDIRMA - VİDEO
Xırdalanda yoldakı dərin çuxura təkər qoydular - ŞİKAYƏT - VİDEO
Ucarda sərnişin dolu avtobus bir anda alova büründü - VİDEO
Sürücülük kursu vətəndaşdan pulunu alıb təlimləri keçirmədi - ŞİKAYƏT - FOTOLAR












