Abşeronda sürücü avtomobillə itlərin üstündən keçdi - VİDEO

Abşeronda sürücü idarə etdiyi avtomobili binanın həyətində yatan itlərin üzərindən sürüb.
Avtosfer.az-ın Teleqraf-a istinadən xəbərinə görə, rayonun Masazır qəsəbəsindəki "Qurtuluş 93" yaşayış kompleksində, "Baxçalı Evlər" MTK-ya məxsus ərazidə ürəkağrıdıcı hadisə baş verib.
Kompleksdə 15B saylı binanın qarşısında həyətə daxil olan 99-FR-126 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobili sürücüsünün səhlənkarlığı və qəddarlığı nəticəsində sakit yatmış 4 küçə itinin üzərindən keçib.
Hadisə zamanı 3 it yerindəcə tələf olub, birinin isə arxa ayaqları sınıb. Hadisə məhəllədə oynayan uşaqların və yaxınlıqda yaşayan sakinlərin gözü qarşısında baş verib.
Şahidlərin sözlərinə görə, sakinlər sürücüyə avtomobildən enərək itlərə yardım göstərməli olduğunu söyləsələr də, o, insanları təhqir edərək hadisə yerindən sürətlə uzaqlaşıb.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












